19:03
20°C
Bakı
İraq xüsusi xidmət orqanları 47 fransalını İŞİD terror təşkilatının törətdiyi cinayətlərlə bağlı dindirir.
Moderator.az bu barədə "Frans Press"ə istinadla xəbər verir.
Məlumata görə, həmin şəxslər təxminən bir ay əvvəl Suriya Demokratik Qüvvələri tərəfindən Bağdada təhvil veriliblər. İraq xüsusi xidmət orqanları onların iraqlılara qarşı cinayətlərdə iştirakını sübut edən dəlillərə malik olduğunu bildirir.