16:00
21°C
Bakı
Sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində 10 ölkə Fələstin dövlətini tanımağı planlaşdırır.
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə "Agence France-Presse" (AFP) xəbər yayıb.
Bildirilir ki, söhbət Fransa, Böyük Britaniya, Kanada, Belçika, Avstraliya, Portuqaliya, Malta, Lüksemburq, Andorra və San-Marinodan gedir.
Qeyd edək ki, BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu, o cümlədən Avropa İttifaqının (Aİ) üzvləri İspaniya və İrlandiya Fələstini artıq tanıyıblar.