Paşinyan Sovet İttifaqının ermənilərdən alət kimi istifadə etdiyini bildirib
Dünya
206
14:25, Bu gün

Paşinyan Sovet İttifaqının ermənilərdən alət kimi istifadə etdiyini bildirib

"Ermənistanda bir neçə onillik ərzində mövcud olmuş vətənpərvərlik modeli sovet rəhbərliyinin göstərişlərinə və məqsədlərinə uyğun olaraq formalaşdırılıb".

Moderator.az-ın "Sputnik Ermənistan"a istinadən xəbər verdiyinə görə, bunu Ermənistanın baş naziri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan partiyanın qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2019-cu ildə niyə "Qarabağ Ermənistandır və nöqtə" dediyini bir daha qeyd etmək lazımdır. Baş nazir əlavə edib ki, həmin vaxt o, vətənpərvər olub.

"Sual yaranır: "Bəs indi mən vətənpərvər deyiləm?" İndi də vətənpərvərəm. O zaman mən ovaxtkı yeganə modelə görə vətənpərvər idim. Amma biz onu kimdən aldıq, necə formalaşdı?" - deyə baş nazir iştirakçılara müraciət edib.

O vurğulayıb ki, bu model Stalin, Xruşşov və Brejnev tərəfindən 1940-cı illərdən 1980-ci illərə qədər formalaşdırılıb, erməni xalqının vətənpərvərlik hissləri cənub-qərb sərhədlərində NATO ilə qarşıdurma üçün alət kimi istifadə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər