17:09
20°C
Bakı
ABŞ-nin Sakramento şəhərində yerləşən ABC telekanalının ofisi naməlum şəxslər tərəfindən atəşə tutulub.
Moderator.az-ın NBC-yə istinadla məlumatına görə, binanın pəncərəsində üç güllə dəliyi aşkarlanıb.
Hadisə zamanı binada insanların olduğu bildirilsə də, xəsarət alan olmayıb.
İlkin ehtimallara görə, atəş avtomobildən açılıb və güllələr atıldıqdan sonra naməlum maşın hadisə yerindən uzaqlaşıb.
"Hazırda şübhəli şəxs və motivlər barədə məlumatımız yoxdur. Atəşin təsadüfi, yoxsa məqsədyönlü açıldığını müəyyənləşdirməyə çalışırıq. İstintaq qrupu ərazidə işləyir", - deyə Sakramento Polis Departamentindən bildirilib.