ABŞ-nin Çinə LNG ixracı 90% azalıb, Rusiyanın isə 21%-dən çox artıb
Dünya
253
10:57, Bu gün

ABŞ-nin Çinə LNG ixracı 90% azalıb, Rusiyanın isə 21%-dən çox artıb

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-avqust aylarında Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü illik müqayisədə 19,5% azalaraq 4,04 milyon ton olub.

Moderator.az TASS-a istinadən xəbər verir ki, Çin bu enerji resursu üçün Rusiyaya 2,36 milyard dollar ödəyib.

Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,98% azdır. Rusiya Çinə LNG tədarükçüləri arasında dördüncü yerdədir. Çinin ən böyük tədarükçüsü Avstraliyadır. Bununla belə ölkə yanvar-avqust aylarında Çinə tədarükünü 13,52 milyon tona qədər azaldıb. Bu da 2024-cü ilin yanvar-avqust göstəricisindən 21,4% azdır. Çinin təchizatçı reytinqində növbəti yeri Qətər tutur, Çinə 12,75 milyon ton (artım 10,2%) LNG ixrac edib.
Çinə üçüncü ən böyük LNG tədarükçüsü - Malayziya da ilk səkkiz ayda satışları 21,5% azaldaraq 4,35 milyon tona endirib. 10-cu sırada yer alan ABŞ-nin Çinə ixracında isə 90% azalma olub. Amerika şirkətləri yanvar-avqust aylarında Çinə LNG ixrac etməyib.

Bununla belə, təkcə avqust ayında Rusiyadan Çinə LNG tədarükü faktiki olaraq artaraq iyul ayına nisbətən 21,4% artaraq 678 min tonu keçib. Dəyər baxımından bu rəqəm 24% artaraq 381 milyon dollara çatıb.

Rəsmi statistikaya görə, Çin 2024-cü ildə 76,64 milyon ton LNG idxal edib. Bu da 2023-cü illə müqayisədə 8% çoxdur. Eyni dövrdə Rusiya Çinə tədarükünü 3,3% artıraraq 8,3 milyon tona çatdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər