Rusiya Dnepropetrovskə zərbə endirib, ölən və yaralananlar var
Dünya
298
09:40, Bu gün

Rusiya Dnepropetrovskə zərbə endirib, ölən və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 10-dan çoxu şəxs yaralanıb.

Moderator.az xəbər verir ki, bu haqda Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat verib.

"Bir nəfər həlak olub. Daha 13 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır", - Lısak bildirib.

Dnepr və ətraf ərazilərdə bir neçə yanğının baş verdiyi bildirilir. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər