Dünya
188
19 Sep 2025 | 23:50

"Taliban" Baqram aviabazasını ABŞ-yə verməyəcək

"Taliban" hərəkatının nümayəndələri amerikalıların dörd il əvvəl tərk etdikləri Baqram aviabazasına nəzarəti heç vaxt ABŞ-yə verməyəcəklərini bəyan ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

"Biz amerikalıları İslam Əmirliyindən qovmuşuq və onların ölkəmizdə olmalarını qəbul etməyəcəyik. Onlar onilliklər ərzində bizə hücum ediblər, bizimlə döyüşüblər və biz burada heç bir amerikalıya dözməyəcəyik", - "Taliban"ın sözçüsü Zəbihullah Mücahid nəşrə deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı Baqram aviabazasını ABŞ-nin nəzarətinə qaytarmaq planlarını açıqlayıb. O bildirib ki, baza Çinə yaxın yerləşdiyi üçün ABŞ üçün strateji əhəmiyyət kəsb edir. "Taliban" sözçüsü Baqram hava bazasının Çinin yox, Əfqanıstanın nəzarəti altında olduğunu qeyd edərək cavab verib.

Link kopyalandı!
Son xəbərlər