Dünya
315
19 Sep 2025 | 23:30

"Red Bull" : "Bakıda Monzanın istisna olmadığını sübut edə bilərik"

"Formula-1" üzrə "Red Bull Motorsport" komandasının məsləhətçisi Helmut Marko Avstriya komandasının Azərbaycan Qran-prisindəki perspektivlərindən danışıb.

Moderator.az xəbər verir ki, onun sözlərini "GPBlog" yayıb.

"Uzun hissələrdə hər şey ümidverici görünür. Düşünürəm ki, liderlik üçün mübarizə aparmağa hazırıq. Təsnifat mərhələsində saniyənin onda biri, bəlkə də ondan daha azını əldə etmək lazımdır. Amma bu, müəyyən incə tənzimləmələrlə mümkündür.

Burada Monzanın yalnız istisna bir hadisə olmadığını sübut edə bilərik. Sabah seçmə mərhələdə ilk üçlükdə olacağımıza əminəm. Bu o deməkdir ki, biz yarışda da qələbə üçün mübarizə apara bilərik. Avtomobilin indi daha geniş imkan pəncərəsi var və onu sazlamaq daha asandır. Beləliklə, biz mütləq şəkildə irəliyə doğru bir addım atmışıq", - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, sonuncu Monza Qran-prisini məhz "Red-Bull" pilotu Maks Ferstappen qazanıb.

Link kopyalandı!
Son xəbərlər