01:38
20°C
Bakı
ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.
"(Türkiyə-red) Prezidenti ilə biz bir çox ticarət və hərbi əməliyyatlar, o cümlədən "Boeing" təyyarələrinin geniş miqyasda alınması, böyük F-16 müqaviləsi və F-35 təyyarələri üzrə danışıqların davam etdirilməsi üzərində işləyirik ki, bunun da müsbət nəticələnəcəyini gözləyirik", - o qeyd edib.
Tramp əlavə edib ki, onun həmişə Ərdoğanla çox yaxşı münasibətləri olub.