00:32
21°C
Bakı
BMT Baş Assambleyası Fələstin Prezidenti Mahmud Abbasın gələn həftə dünya liderlərinin videokonfrans vasitəsilə illik toplantısında çıxış etməsinə icazə verib.
Bu barədə Moderator.az xarici KİV-ə istinadən xəbər verir.
Qətnamənin lehinə 145, əleyhinə 5 səs verilib, 6 ölkə bitərəf qalıb.
Daha əvvəl ABŞ Mahmud Abbasa Nyu Yorka gəlmək üçün viza verməyəcəyini açıqlamışdı. ABŞ Dövlət Departamenti Nyu Yorkda BMT Baş Assambleyasında iştirak edən Fələstin nümayəndələrinə də viza verməkdən imtina edib.