Ukraynada xarici vətəndaşları köləliyə cəlb edən dəstə aşkarlanıb
Dünya
255
19 Sep 2025 | 21:30

Ukraynada xarici vətəndaşları köləliyə cəlb edən dəstə aşkarlanıb

Ukraynanın Kiyev vilayəti ətrafında bir qrup Özbəkistan vətəndaşları kölə şəraitində əməyə cəlb ediliblər.

Moderator.az  "Report"a istinadla bildiri ki, bu barədə Kiyev vilayət prokurorluğunun rəsmisi Yuliya Koltak məlumat verib.

Onun sözlərinə görə, Kiyev vilayətinin prokurorluğu Özbəkistan vətəndaşlarını məcburi əməklə istismar edən Çin vətəndaşının başçılıq etdiyi bir qrupu müəyyənləşdirib:

"Kiyev vilayət prokurorluğunun prosessual rəhbərliyi altında Çin Xalq Respublikasından olan iki nəfəri (milliyyətcə özbək və ukraynalı) saxlanılıb. Onlar 13 Özbəkistan vətəndaşını sonradan əmək istismarına cəlb etmək məqsədi ilə mütəşəkkil fəaliyyət göstəriblər.

İstintaqın məlumatlarına əsasən, şübhəlilər məcburiyyət və aldatma yolu ilə mənzil, iş və maddi çətinliklər səbəbindən təhlükəli vəziyyətdə olan sosial müdafiəsiz şəxsləri məcburi əməyə cəlb ediblər. Onlar zərərçəkənləri Ukraynadan kənarda axtarıb taparaq məcburi əməkdə istifadə etmək məqsədilə Kiyev vilayətinə gətiriblər.

Bu zaman nəzarət üçün məcburiyyət və hərəkət azadlığının məhdudlaşdırılmasından istifadə ediblər. Eyni zamanda, ən kiçik pozuntu üçün onları cərimə edərək cəzalandırıblar.

Hüquq-mühafizə orqanları 2025-ci il sentyabrın 17-də şübhəlilərin yaşayış yerləri və təsərrüfat obyektlərində sanksiyalaşdırılmış axtarışlar keçiriblər. 13 Özbəkistan vətəndaşının qeyri-insani şəraitdə saxlandığını təsdiqləyən otaqlar, sənədlər, pullar və nəqliyyat vasitələri aşkar edilib. İbtidai istintaq Kiyev vilayəti İstintaq İdarəsi və Miqrasiya Polisi Departamentinin əməliyyat dəstəyi ilə həyata keçirilir".

Link kopyalandı!
Son xəbərlər