Aİ: Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması təhlükəli təxribatdır
Dünya
193
20:40, Bu gün

Aİ: Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması təhlükəli təxribatdır

Bu gün Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması son dərəcə təhlükəli təxribatdır.

Moderator.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə “X”də paylaşım edib.

Kaya Kallas bildirib ki, bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır:

“ Bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır. Aİ Estoniya ilə tam həmrəydir. Mən Estoniya hökuməti ilə sıx əlaqə saxlayıram. Biz üzv dövlətlərimizin müdafiəsini Avropa resursları ilə gücləndirməkdə davam etdirəcəyik. Putin Qərbin qətiyyətini sınayır. Biz bu barədə zəiflik göstərməməliyik”, - paylaşımda qeyd olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər