20:48
19°C
Bakı
İranda Cənubi Xorasan əyalətinin Tabas rayonunda İran əsgərləri içində etnik bəlucların olduğu avtomobili atəşə tutub.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Baluc Activists Campaign"a (Bəluc aktivistlərinin kampaniyası) istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində Zahedanın iki yerli sakini həlak olub, bir nəfər yaralanıb.
İranın dövlət KİV-i hadisəni təsdiqləsə də, ölən və yaralananların "silahlı narkotik qaçaqmalçıları" olduğunu iddia edib. Bu arada hüquq müdafiəçiləri qeyd edirlər ki, regionda bu cür qətllər mütəmadi olaraq baş verir.