Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Ukrayna üçün "təzminat" tələb etmək cəhdlərinə görə Avropaya sərt cavab verəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, Avropa Şurasının Kiyevin xeyrinə təzminat toplamaq üçün struktur yaratmaq planına belə cavab verib.
"Bizim buna sərt cavabımız dərhal olacaq. Layihə müəlliflərinin açıq axmaqlığı onları məsuliyyətdən və cəzadan azad etməyəcək", - o hədələyib.
Medvedev Avropanın Rusiya əmlakını ələ keçirmək planlarından danışıb və bəyan edib ki, Moskva qiyamətə qədər “avro-degenerativləri” təqib edəcək. Siyasətçi buna nail olmaq üçün bütün mövcud milli və beynəlxalq məhkəmələrdən istifadə ediləcəyini vurğulayıb.