Mertsdən Fələstinlə bağlı etiraf - Berlinin mövqeyi Almaniyanın tarixi ilə bağlıdır
Dünya
212
10:53, Bu gün

Mertsdən Fələstinlə bağlı etiraf - Berlinin mövqeyi Almaniyanın tarixi ilə bağlıdır

Almaniya hökuməti İsrailin Qəzza zolağında hərbi əməliyyatlarının soyqırımı kimi təsnif edilməsi ilə razılaşmadığını rəsmən bildirib.

Moderator.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Kansleri Fridrix Merts Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bu hərəkətləri soyqırımı kimi qələmə verməklə razılaşmırıq", - Kansler jurnalistlərin suallarını cavablandırarkən deyib.

Merts, həmçinin Fələstin dövlətinin tanınmasının hazırda Almaniya hökuməti üçün müzakirə mövzusu olmadığını bir daha vurğulayıb.

Kansler Berlinin mövqeyinin qismən Almaniyanın tarixi ilə bağlı olduğunu etiraf edib.

Xatırladaq ki, mayın 18-də İsrail ordusu "Gideonun döyüş arabası" genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda hərbi əməliyyatlara başladığını elan edib. Əməliyyatın məqsədi Fələstinin radikal HƏMAS hərəkatının yekun məğlubiyyəti və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatdan sonra ordu bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər