Ərdoğan:
Dünya
460
20:20, Bu gün

Ərdoğan: "Türkiyənin əsas prioriteti Qəzzada təcili atəşkəsin təmin olunmasıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın görüşü başa çatıb.

Moderator.az xəbər veriri ki, görüşdə İsrailin Fələstinə hücumları və regional məsələlər müzakirə olunub.

Ərdoğan İsrailin Qəzzadakı hücumlarının yeni mərhələyə keçdiyini və yalnız Fələstini deyil, regional sabitliyi də təhdid etdiyini bildirib. O, Türkiyənin hər platformada Fələstin məsələsini gündəmə gətirməyə davam edəcəyini və BMT-də Fələstinin səsi olacağını vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyənin prioriteti Qəzzada atəşkəsin təmin olunması və humanitar böhranın sona çatdırılmasıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər