ABŞ və Britaniya liderləri arasında Fələstinin tanınması məsələsində fikir ayrılığı var
Dünya
203
19:50, Bu gün

ABŞ və Britaniya liderləri arasında Fələstinin tanınması məsələsində fikir ayrılığı var

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında Fələstin dövlətinin tanınması mövzusunda fikir ayrılığı yaşanır.

Moderator.az xəbər verir ki, bu barədə Tramp Starmerlə birgə brifinqdə jurnalistlərin suallarına cavab verərkən bildirib.

Tramp bu məsələnin Starmer ilə “bir neçə mübahisəsindən biri” olduğunu açıqlayıb.

Starmer isə qeyd edib ki, Trampla xarici siyasət mövzusunda təxminən bir saatlıq fərdi danışığı olub və Fələstin dövlətinin tanınmasının iki dövlət çərçivəsində həll yoluna doğru mühüm addım olduğunu vurğulayıb.

Tramp isə girovlara qarşı insani münasibət göstərilmədiyini əsas gətirərək baş verənlərə görə HAMAS-ı günahlandırıb.

7 oktyabr tarixini dünyanın ən pis günlərindən biri kimi xarakterizə edən Tramp HAMAS-ın törətdiyi zorakılıq görüntülərini görmək istəmədiyini deyib. O, münaqişənin dayandırılmasını arzuladığını əlavə edib.

HAMAS-ın girovları hücumun önünə qoymaq siyasətini tənqid edən Tramp Fələstin dövlətinin tanınması ilə bağlı Starmer ilə fərqli mövqedə olduğunu bir daha vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər