20:58
20°C
Bakı
Avropa Komissiyası sentyabrın 19-da Rusiyaya qarşı yeni, sayca 19-cu sanksiya paketini təqdim etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı “European Pravda” Brüsseldəki nüfuzlu Aİ ölkələrinin iki diplomatına istinadən yayıb.
“Mənim bildiyimə görə, 19-cu paket sabah, cümə günü Komissiya tərəfindən Aİ Şurasına təqdim olunacaq”, - diplomatlardan biri bildirib.
Digər diplomat isə əlavə edib ki, hələlik sanksiya paketinin ictimaiyyətə təqdim olunub-olunmayacağı və ya əvvəlcə üzv dövlətlər arasında müzakirəyə çıxarılacağı bəlli deyil.