23:06
19°C
Bakı
Donetsk vilayətinin Konstantinovka şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Qeyd edilib ki, nəticədə 5 nəfər ölüb.
Rusiya ordusunun FAB-250 tipli aviasiya bombası ilə şəhərin yaşayış sektorunu vurması nəticəsində həlak olanların ikisi qadın, üçü kişi olub.
Partlayış nəticəsində 4 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.