20:18
20°C
Bakı
Parisin əsas turizm obyekti olan Eyfel qülləsi tətillər səbəbindən bu gün ziyarətçilər üçün bağlanıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə abidənin rəsmi saytında dərc edilmiş bildirişdə deyilir.
"Sentyabrın 18-də ümummilli tətillə əlaqədar olaraq Eyfel qülləsi bağlıdır", - məlumatda qeyd olunur.
Eyni zamanda, qüllənin altındakı meydan ziyarətçilər üçün saat 21:00-dək açıq qalacaq.