19:33
22°C
Bakı
Ukrayna ordusu Dobropillia istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat bölüşüb.
“Addım-addım, cəngavərlərimiz torpaqlarımızı azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”,- Zelenski qeyd edib.