Türkiyə S-400-dən imtina etmir
Dünya
674
14:03, Bu gün

Türkiyə S-400-dən imtina etmir

Türkiyə Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri hələ də ölkənin silahlı qüvvələrinin arsenalındadır və mövcud vəziyyətdə heç bir dəyişiklik yoxdur.
 
Son günlər bəzi KİV-lərdə yayılan məlumatlarda Ankaranın S-400 sistemlərindən imtina edə biləcəyi, hətta onları başqa ölkəyə satacağı iddia olunurdu. Belə iddiaları gündəmə gətirənlərdən biri də “Nefes” qəzetinin köşə yazarı Murat Gürgən olub.
 
Qeyd edək ki, Türkiyənin S-400 alışı 2019-cu ildə NATO daxilində gərginlik yaratmış, ABŞ isə bu səbəbdən Ankaranı F-35 proqramından çıxarmışdı. Lakin rəsmi Ankara dəfələrlə bəyan edib ki, S-400 ölkənin milli müdafiə strategiyasının vacib elementidir və ondan imtina nəzərdə tutulmur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər