Dünya
159
17 Sep 2025 | 23:00

"Taliban" Əfqanıstanda interneti kəsdi

"Taliban" hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstanın Bəlx əyalətində "əxlaqsızlığın qarşısını almaq üçün" fiber-optik interneti qadağan edib.

Moderator.az bildirir ki, bu barədə "Associated Press" agentliyi vilayət hökumətinin nümayəndəsi Hacı Attaulla Zaidə istinadən məlumat verib.

Məhdudiyyətlər nəticəsində Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış evləri "Wi-Fi"dan məhrum olub. Hazırda əyalətdə yalnız mobil şəbəkələr işləyirlər.

Nümayəndə qeyd edib ki, ölkədə ehtiyacları qarşılamaq üçün alternativ şəbəkə qurulacaq. Bununla belə, o, məhdudiyyətlərin digər əyalətlərə şamil edilib-edilməyəcəyini dəqiqləşdirməyib.

Londonda yerləşən "Afganistan International" nəşri bildirib ki, Bəlxdən başqa Qəndəhar, Uruzqan, Hilmand və Nimroz əyalətlərində də internet xidməti kəsilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər