Rusiyada yüksəkvəzifəli məmur istefa verdi
Dünya
336
21:50, Bu gün

Rusiyada yüksəkvəzifəli məmur istefa verdi

Dmitri Kozak həftəsonu öz istəyi ilə prezident administrasiyası rəhbərinin müavini vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsi yazıb.

Moderator.az xəbər verir ki, bu barədə RBK-ya məmurun qərarı ilə tanış olan iki mənbə bildirib.

Mənbələrdən biri onun çərşənbə günü kollektivlə görüşünün planlaşdırıldığını vurğulayıb. Hər iki mənbə deyir ki, Kozak biznesə keçmək üçün müxtəlif təklifləri nəzərdən keçirir.

Qeyd edək ki, Kozak Prezident Vladimir Putinin çoxdankı silahdaşıdır.

Kozak postsovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasətə cavabdeh olmaqla, xarici ölkələrlə sərhədyanı əməkdaşlıq və regionlararası və mədəni əlaqələr idarəsinin işini kurasiya edirdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər