Lvov merinin kabinetində dinləmə cihazı tapılıb
Dünya
334
20:40, Bu gün

Lvov merinin kabinetində dinləmə cihazı tapılıb

Ukraynanın Lvov şəhərinin meri Andrey Sadovoyun kabinetində dinləmə cihazı tapılıb.

Moderator.az bildirir ki, bu barədə mer özü "Telegram" kanalında məlumat verib.

Sadovoyun sözlərinə görə, mobil telefon nasazlıq göstərməyə başlayıb, bundan sonra onu enerji bloku ilə birlikdə təmir üçün öz mütəxəssislərinə göndərib.

"Onlar mobil telefonu açıblar və bloka quraşdırılmış dinləmə cihazı, yaddaş kartı və SİM kart tapıblar. Sual yaranır: "Bunu kim edib?", - deyə mer qeyd edib.

O, hüquq-mühafizə orqanlarının bunu öyrənəcəyinə ümid edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər