Trampın olduğu layner sərnişin təyyarəsi ilə toqquşma təhlükəsi yaşadı - VİDEO
Dünya
447
19:10, Bu gün

Trampın olduğu layner sərnişin təyyarəsi ilə toqquşma təhlükəsi yaşadı - VİDEO

ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə "Spirit Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi yaşayıb.

Moderator.az bu barədə "Mirror"a istinadla xəbər verir.

Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb.

"Boeing 747" (Trampın təyyarəsi - red.) Nyu-York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən "Spirit Airlines" aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər", - deyə nəşrdə qeyd olunur.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər