Donald Tramp və xanımı Melaniya Vindzor qalasında Britaniya kral ailəsi ilə görüşdü - VİDEO-FOTO
Dünya
156
17:00, Bu gün

Donald Tramp və xanımı Melaniya Vindzor qalasında Britaniya kral ailəsi ilə görüşdü - VİDEO-FOTO

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Böyük Britaniyanın kralı III Çarlz ilə görüşmək üçün Vindzor qalasına yollanıb.

Moderator.az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib.

Tramp cütlüyünü helikopter meydançasında Uels şahzadəsi Uilyam və xanımı, Uels şahzadəsi Keyt Middlton, daha sonra isə Britaniya monarxının özü və xanımı, Kraliça Kamilla qarşılayıblar.

III Çarlz Donald Tramp və xanımı Melaniyanı Vindzor qalasında 17 və 18 sentyabr tarixlərində qəbul edəcək. Bu gün isə orada təntənəli şəraitdə ziyafət təşkil olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər