Erməni dostu Oleq Qazmanovun təqaüd üçün yığdığı pulları ələ keçirib
Dünya
217
13:19, Bu gün

Erməni dostu Oleq Qazmanovun təqaüd üçün yığdığı pulları ələ keçirib

Rusiyanın Xalq artisti, məşhur müğənni və bəstəkar Oleq Qazmanov fırıldaqçı erməni tərəfindən aldadılıb.
 
Belə ki, Qazmanov həyatı boyu təqaüdə çıxması üçün yığdığı bütün pullarını Qevork Sarkisyan adlı ailə dostuna borc verib, indi pulu geri almaq üçün mübarizə aparır.
 
Bu barədə Qazmanovlar ailəsinin vəkili Roman Kuzmin "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
 
Vəkilin sözlərinə görə, Qevork Sarkisyana həmçinin Qazmanovun həyat yoldaşı Marina borc pul verib. Dələduzluqda təqsirləndirilən şəxs borc pulu "sərmayə qoyduğunu" iddia etsə də, pulları məhz hara yatırdığını heç vaxt açıqlamayıb.
 
"O, (Sarkisyan - red.) ABŞ, Fransa və Böyük Britaniyadan danışırdı, Meksikada investorlarının olduğunu və bütün investorlarının ona demək olar ki, milyardlarla borcu olduğunu söyləyirdi", - deyə vəkil bildirib.
 
Bir il sonra Sarkisyandan borcunu ödəməyi tələb ediblər, lakin o, COVID-19 pandemiyasından tutmuş Ukraynada müharibəyə qədər müxtəlif səbəbləri bəhanə gətirərək bundan imtina edib. Sarkisyan guya bu səbəblərə görə ABŞ-dən pullarını köçürməyi bacarmadığını iddia edib.
 
Qazmanovlar ailəsi fırıldaqçılıq planına cəlb edildiklərini anladıqları zaman Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi ilə müraciət ediblər.
 
Qeyd edək ki, sentyabrın 14-də "İzvestiya" öz mənbəsinə istinadən Qazmanov və ailəsinin dələduzluğun qurbanı olduğundan yazmışdı. Ailə dostları olan Qevork Sarkisyan isə şübhəli şəxs qismində saxlanılıb və barəsində Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ("Xüsusən külli miqdarda dələduzluq") maddəsi üzrə cinayət işi açılıb. Növbəti məhkəmə prosesi sentyabrın 24-nə təyin edilib. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər