99 yaşlı aktrisa vəfat etdi
Dünya
643
00:40, Bu gün

99 yaşlı aktrisa vəfat etdi

Amerikalı aktrisa Merilin Noulden 99 yaşında vəfat edib

Amerikalı uşaq rolları ilə tanınan aktrisa Merilin Noulden 99 yaşında vəfat edib.

Moderator.az Axşam.az - a istinadla xəbər verir ki, Noulden ötən gün təbii səbəblərdən Aydaho ştatının İql şəhərində yerləşən qocalar evində dünyasını dəyişib. Onun ölüm xəbərini aktrisanın oğlu Kevin Qouts təsdiqləyib.

Qeyd edək ki, Merilin Noulden 1926-cı il mayın 12-də Kaliforniyada anadan olub. O, 3 yaşında gözəllik müsabiqəsində qalib gələndən sonra rəqs dərsləri almağa başlayıb və qısa müddət sonra kino karyerasına qədəm qoyub.

5 yaşından 14 yaşına qədər 31 filmə çəkilən Noulden, “Çirkli üzlü mələklər”, “Devid Kopperfild”, “Ona vəhşi de”, “Balaca qadınlar”, “Həyatın təqlidi”, “Bütün bunlar və üstəlik cənnət”, “Mariya-Antuanetta” və “Antoni-bədbəxt” kimi filmlərlə tamaşaçıların yaddaşında qalıb.

Link kopyalandı!
Son xəbərlər