Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə "CNN Brasil" onun oğlu Flavio Bolsonaroya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, keçmiş prezident bu gün günortadan sonra polisin müşayiəti ilə Braziliyadakı xəstəxanaya aparılıb. O, atasının qan təzyiqinin aşağı olduğunu qeyd edib.
Qeyd olunur ki, iki gün əvvəl o, dəridəki yenitörəmələrin götürülməsi proseduru üçün "DF Star" xəstəxanasına müraciət edib.
Xatırladaq ki, sentyabrın 12-də Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd etdiyi üçün sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.