Siyasi partiyaya süni intellekt başçılıq edəcək
Dünya
758
16 Sep 2025 | 23:54

Siyasi partiyaya süni intellekt başçılıq edəcək

Yaponiyanın "Dirçəlişə gedən yol" siyasi partiyası "yeni lideri"nin süni intellekt olacağını elan edib

Moderator.az bu barədə AFP agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, partiyanın əvvəlki rəhbəri Sindzi İsimaru iyulda ölkə parlamentinin yuxarı palatasına keçirilən seçkidə uğursuz nəticələrə görə istefa verib.

"Yeni lider süni intellekt olacaq" , - deyə İsimarunun yerinə partiyadaxili seçkidə qalib gələn 25 yaşlı aspirant Koki Okumura bildirib. Universitetdə süni intellekt üzrə təhsil alan tələbə özünün partiyanın "yeni rəhbəri"nin köməkçisi kimi fəaliyyət göstərəcəyini söyləyib.

O vurğulayıb ki, süni intellekt partiya üzvlərinin siyasi fəaliyyətinin xarakterini müəyyən etməyəcək. Ona partiya üzvləri arasında resursların bölüşdürülməsi kimi vəzifələri həvalə olunacaq.

Link kopyalandı!
Son xəbərlər