01:11
19°C
Bakı
İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Moderator.az-ın xəbərinə görə, o, bunu İsrail iqtisadiyyatına həsr olunmuş mətbuat konfransında deyib.
"O (Tramp - red.) məni Ağ Evə dəvət etdi. Bu, iki həftə sonra, bazar ertəsi, mənim BMT Baş Assambleyasında çıxışımdan sonra olacaq", - İsrailin Baş naziri deyib.
Görüş Netanyahunun bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından sonra planlaşdırılır. Daha əvvəl "Channel 12" telekanalı ABŞ-nin yüksək rütbəli rəsmilərinə istinadən xəbər verib ki, Baş nazirin Dəftərxanası onun çıxışından dərhal sonra iki liderin görüşünü koordinasiya etmək üçün Ağ Evdən xahiş edib.