Tramp NATO ölkələrinin hesabına Ukraynaya hərbi yardım göndərilməsini təsdiqləyib
Dünya
138
16 Sep 2025 | 23:00

Tramp NATO ölkələrinin hesabına Ukraynaya hərbi yardım göndərilməsini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropadakı NATO müttəfiqlərinin maliyyələşdirdiyi, ümumi dəyəri 500 milyon dollar olan iki hərbi yardım paketini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, silahlar ABŞ-ın hərbi anbarlarından göndəriləcək.

Nəşr qeyd edir ki, hər iki yardım paketi yaxın vaxtlarda Kiyevə təhvil verilə bilər.

Link kopyalandı!
Son xəbərlər