02:39
18°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu iki həftə sonra, 29 sentyabr tarixində Ağ Evdə görüşə dəvət edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir özü məlumat yayıb.
Netanyahunun sözlərinə görə, o, İsrailin Dohaya endirdiyi zərbədən sonra Tramp ilə bir neçə dəfə danışıb. Onlardan biri ötən gün baş tutub və həmin söhbət zamanı ABŞ Prezidenti onu Ağ Evə dəvət edib.
15 sentyabrda "Axios" portalı mənbələrə istinadla xəbər verib ki, Trampın İsrailin Qətərdəki Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinə hücumunu önləmək imkanı olub, çünki yəhudi dövlətinin baş naziri hücumdan az əvvəl planları barədə ABŞ liderini xəbərdar etmişdi.