00:57
19°C
Bakı
Qəzza şəhərinin tam ələ keçirilməsi bir neçə ay çəkəcək, şəhərdəki terror infrastrukturunun tamamilə təmizlənməsi üçün isə əlavə aylar lazım olacaq.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.
“Biz anlayırıq ki, bütün şəhərin ələ keçirilməsi bir neçə ay çəkəcək, daha bir neçə ay isə Qəzza şəhərindəki bütün terror infrastrukturunun təmizlənməsinə sərf olunacaq”, – deyə general brifinqdə vurğulayıb.