İsrail ticarət razılaşmasının dayandırılması ilə bağlı fon der Lyayenə məktub göndərib
Dünya
431
16 Sep 2025 | 20:50

İsrail ticarət razılaşmasının dayandırılması ilə bağlı fon der Lyayenə məktub göndərib

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqı-İsrail Assosiasiyası Sazişinin ticarət müddəalarının dayandırılması təklifinin müzakirə ediləcəyi Avropa İttifaqı (Aİ) Komissarlar Kollegiyasının iclasından əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məktub göndərib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saar bu təşəbbüsü görünməmiş adlandırıb və HƏMAS və digər təşkilatlarla müharibənin ortasında İsrailə qarşı yönəlmiş addım kimi dəyərləndirib.

O vurğulayıb ki, bu cür addımlar münaqişəni sona çatdırmaq və HƏMAS-ı faktiki olaraq gücləndirmək səylərinə zərbə vurur.

İsrailli nazir hüquqi və prosedur pozuntularına da işarə edərək, Avropa Komissiyasını İsrailin verdiyi məlumatlara məhəl qoymamaqda və HƏMAS ilə əlaqəli strukturlardan gələn məlumatlara əsaslanmaqda ittiham edib. Saarın fikrincə, sanksiyalar vasitəsilə təzyiq İsrailin mövqeyinə təsir etməyəcək, əksinə Avropa vətəndaşlarının özlərinə zərər verəcək.

Link kopyalandı!
Son xəbərlər