Almaniya və Böyük Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı - FOTO
Dünya
191
18:08, Bu gün

Almaniya və Böyük Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı - FOTO

Almaniya və Böyük Britaniya İranla bağlı səyahət xəbərdarlıqlarını gücləndirərək, öz vətəndaşlarını bu ölkəyə səfər etməməyə, orada olanları isə İranı dərhal tərk etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Iran International" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, ötən gün Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında "Avropanın tətik mexanizmini işə salmaq qərarı" fonunda bütün alman vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.

Alman vətəndaşlarına uçuşların ləğvi riskini nəzərə alaraq, ölkəni tez bir zamanda tərk etmələri və Xarici İşlər Nazirliyinin xüsusi siyahısında qeydiyyatdan keçmələri tövsiyə edilib.

Eyni gün Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlığını yeniləyib. Nazirlik bildirib ki, Britaniya və ya Britaniya-İran ikili vətəndaşları İranda həbs riski ilə üzləşə bilərlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər