Türkiyə XİN İsrailin Qəzzada quru əməliyyatlarına başlamasını pisləyib
Dünya
248
18:01, Bu gün

Türkiyə XİN İsrailin Qəzzada quru əməliyyatlarına başlamasını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlamasını pisləyib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda quru əməliyyatlarının itkiləri daha da artıracağı, yüz minlərlə fələstinlini öz yerlərindən didərgin salacağı bildirilir.

"Beynəlxalq ictimaiyyətin girovların mübadiləsinə və humanitar yardımların fasiləsiz təmin edilməsinə imkan verəcək atəşkəs razılaşmasına nail olmaq səylərini davam etdirdiyi bir vaxtda başlayan qurudan hücum İsrailin atəşkəs istəmədiyini bir daha nümayiş etdirdi.

Beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə nail olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir", - bəyanatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər