İranda terror aktı: Polis maşınına silahlı hücum olub, ölənlər var
Dünya
200
14:24, Bu gün

İranda terror aktı: Polis maşınına silahlı hücum olub, ölənlər var

İranın Sib və Soran şəhərləri yaxınlığındakı Xaş-Zahedan magistralında terror aktı baş verib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat verib.
 
Məlumata görə, silahlı şəxslər polis maşınına atəş açıblar. Nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
 
Hücuma görə məsuliyyət daşıyanların müəyyən edilərək mühakimə olunması istiqamətində əməliyyatlar davam edir. Ətraflı təfərrüatın tezliklə açıqlanacağı bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər