01:54
18°C
Bakı
Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatsk şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı isə 25 kilometrdən çox dərinlikdə olub.
Məlumata görə, diyar sakinləri yeraltı təkanları hiss ediblər.
Sunami təhlükəsi elan olunmayıb.