Tramp gəlir, hava məkanı bağlanacaq
Dünya
202
15 Sep 2025 | 23:40

Tramp gəlir, hava məkanı bağlanacaq

Zabitlər demək olar ki, bütün mümkün ssenariləri əhatə edən çox əhatəli təhlükəsizlik əməliyyatı hazırlayıblar.

Moderator.az xəbər verir ki, bunu Temza Vadisi Polis rəisinin müavini Kristian Bunt Donald Tampın London səfərini müzakirə edərkən bildirib.

Məlumata görə, iştirak edən qüvvələrin dəqiq sayı açıqlanmasa da, prezidentin səfər edəcəyi Vindzor və Çekers üzərindəki hava məkanı müvəqqəti olaraq bağlanacaq.

Bunt vurğulayıb ki, Trampın Kral III Çarlz və Britaniya baş naziri ilə görüşləri bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 17-dən 19-dək Böyük Britaniyada səfərdə olacaq.

Link kopyalandı!
Son xəbərlər