Deputatın avtomobili atəşə tutuldu - FOTO
Dünya
314
21:55, Bu gün

Deputatın avtomobili atəşə tutuldu - FOTO

Brüsseldə naməlum şəxslər polşalı deputatın avtomobilinə atəş açıb.

Moderator.az xəbər verir ki, bu barədə polşalı deputat Valdemar Buda özünün "X" səhifəsində məlumat verib.

Hücum zamanı Buda avtomobildə olmayıb.

“Doqquz dəfə atəş açılıb”, – deputat yazıb. O, avtomobildə bir güllə izinin tapıldığını vurğulayıb.

Deputat hücumun kim(lər) tərəfindən edildiyini bildirməyib.

Belçika rəsmiləri araşdırmaya başlayıb.

Valdemar Buda Polşanın müxalif Hüquq və Ədalət partiyasının üzvüdür. 2022-2023-cü illərdə Polşanın İnkişaf və Texnologiya naziri vəzifəsində çalışıb. 2024-cü ildən Polşanı Avropa Parlamentinin üzvü kimi təmsil edir.

1410221

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər