Rubio İsraildən sonra Qətərə gedəcək
Dünya
285
18:57, Bu gün

Rubio İsraildən sonra Qətərə gedəcək

ABŞ Dövlət katibi Marko Rubio sabah İsrailə səfərindən dərhal sonra Qətərə gedəcək.

Moderator.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rubio Londona gedərkən Dohada dayanacaq, orada ABŞ Prezidenti Donald Trampın dövlət səfəri çərçivəsində ona qoşulacaq.

Səfər Qətərdə İsrailin Dohaya endirdiyi zərbələrə həsr olunmuş fövqəladə Ərəb-İslam sammiti fonunda baş tutacaq.

M.Rubionun İsrail və Böyük Britaniyaya səfəri 13-18 sentyabr tarixlərinə planlaşdırılıb və Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə, HƏMAS-ın saxladığı girovların azad edilməsinə və Londonla qlobal çağırışlarla bağlı əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər