20:56
20°C
Bakı
ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri ləğv etməlidir.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar iclasında çıxışı zamanı ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) qarşı şəffaflıq göstərməməsi və onun nüvə eskalasiyası qəbuledilməzdir", - deyə o vurğulayıb.
Rayt qeyd edib ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliyə tam əməkdaşlıq etməlidir. O, həmçinin bildirib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.