Ukraynalı səfir infarkt keçirdi
Dünya
221
14 Sep 2025 | 23:14

Ukraynalı səfir infarkt keçirdi

Ukraynanın Albaniyadakı səfiri infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın Albaniyadakı səfiri Vladimir Şkurov Korça rayonunda yerləşən Voskopoya turist kəndinə səfəri zamanı infarkt keçirib.

Səfirin sağlamlığı ilə bağlı problem yaranan kimi dərhal xəstəxana yerləşdirilib və orada ona ilk tibbi yardım göstərilib.

Hazırda diplomatın vəziyyətinin sabit olduğu bildirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər