Özbəkistan və Malayziya 5 milyard dollarlıq birgə layihələr həyata keçirəcək
Dünya
205
20:55, Bu gün

Özbəkistan və Malayziya 5 milyard dollarlıq birgə layihələr həyata keçirəcək

Özbəkistan və Malayziya 5 milyard dollarlıq birgə layihələr həyata keçirəcək.
 
Moderator.az "Zamin.uz"a istinadən xəbər verir ki, Özbəkistan və Malayziya ümumi dəyəri 5 milyard dolları keçən 40-dan çox birgə layihə həyata keçirməyi planlaşdırır.
 
Qeyd olunur ki, iki ölkənin liderlərinin qarşılıqlı səfərləri əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.
 
2024-cü ilin mayında Malayziyanın baş naziri Ənvər İbrahim 16 illik fasilədən sonra Özbəkistana səfər edib.
 
2025-ci ilin fevralında Özbəkistan prezidenti Şavkat Mirziyoyev 20 ildə ilk rəsmi səfərini Malayziyaya edib.
 
Nəşr bu tarixi səfərlərin və imzalanan sazişlərin iki ölkə arasında münasibətlərdə yeni səhifə açdığını bildirib.
 
1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Malayziya olub.Diplomatik əlaqələr 1992-ci il yanvarın 21-də qurulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər