İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb
Dünya
215
20:04, Bu gün

İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb

İsrail ordusunun Qəzzanın şimalında Beyt-Han şəhrinin altındakı tunellərdə keçirdiyi son əməliyyatda azı 11 HƏMAS yaraqlısı öldürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun və ŞABAK-ın birgə bəyanatında deyilir.
 
Məlumata görə, Beyt-Hanunda kəşfiyyat və hərbçilərin birgə keçirdiyi əməliyyat nəticəsində tunellər də daxil olmaqla HƏMAS-ın qalan infrastrukturu məhv edilib
 
"Hazırda tunellərin içərisində səhra komandirləri də daxil olmaqla 11 HƏMAS yaraqlısının cəsədi tapılıb", - deyə məlumatda bildirilir.
 
İsrail ordusu keçən həftə Beyt-Hanunda olan hərəkat yaraqlılarının axtarışı üçün əməliyyata başladığını bildirib.
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər