Sandu Rusiyanı keşişlər vasitəsilə Moldovadakı seçkilərə təsir göstərməkdə günahlandırdı
Dünya
294
17:56, Bu gün

Sandu Rusiyanı keşişlər vasitəsilə Moldovadakı seçkilərə təsir göstərməkdə günahlandırdı

"Rusiya Moldovada seçkilərə təsir etmək üçün Rus Pravoslav Kilsəsinin (RPK) keşişlərindən və botlardan istifadə edir".
 
Moderator.az bildirir ki, bunu Moldova Prezidenti Maya Sandu "Financial Times" qəzetinə müsahibəsində bildirib.
 
Sandu iddia edir ki, Moskva internetdə dezinformasiya kampaniyasını gücləndirib.
 
"Rusiyalılar diaspora hücum edirlər" deyən Moldova lideri Rusiyanı təbliğatı yaymaq üçün RPK keşişlərindən istifadə etməkdə günahlandırıb.
 
Siyasətçi həmçinin Moskvanı qanuni xarici KİV adı altında saxta kontent yaratmaq üçün "Matryoşka" bot-şəbəkəsindən istifadə etməkdə ittiham edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər