Bizi sosial şəbəkələrdən izləyin:
Nepalda 70-dan çox adam kütləvi iğtişaşların qurbanı olub.
Moderator.az bu barədə "Nepal News" portalına istinadla xəbər verir.
Bildirilir ki, iğtişaşlar zamanı ümumilikdə 72 nəfər ölüb. Xəsarət almış daha 191 nəfər hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır.
Qeyd edilir ki, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, eləcə də sentyabrın 9-da sonrakı yanğınlar və iğtişaşlar nəticəsində baş verib.