02:01
21°C
Bakı
Rusiyanın Oryol vilayətində dəmiryol relslərinə baxış zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayıcı qurğular relslərə baxış zamanı aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları partlayıcını quraşdıran şəxs və ya şəxsləri axtarışlarını davam etdirir.